Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 4 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb.
Yenicag.az xəbər verir ki, yalnız siyahının ilk 4 pılləsində qərarlaşan ölkələr xal hesablarını artıra biliblər.
İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin hərəyə 1 qələbə qazanması onların mövqelərini möhkəmlədib. Rusiya, Fransa, Avstriya və Portuqaliya isə lider fərqinin nə olduğuna şahid olub. Nəticədə cədvəldə heç bir dəyişiklik olmayıb.
Azərbaycan cari mövsüm 4,375 xal qazanıb. Son 5 ilin nəticələrinə görə 19,125 xala malik ölkəmiz 23-cü yerdədi.