UEFA Super Kuboku İstanbulda keçiriləcək

2019-cu ildə futbol üzrə UEFA Super Kuboku uğrunda oyunun keçiriləcəyi arena müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında sözügedən oyunun İstanbulda keçirilməsinə qərar verilib.

Qarşılaşma son Türkiyə çempionu “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafone Park Arena”da olacaq.

Qeyd edək ki, bu gün həmçinin 2019-cu ildə UEFA Çempionlar Liqasının və Avropa Liqasının final matçlarının keçiriləcəyi şəhərlər də müəyyənləşəcək. Bu oyunları keçirməyə Bakı və Madrid şəhərlərindəki Olimpiya Stadionu ilə “Metropolitano Arena” namizəddi. Super Kubok matçının tapşırıldığı İstanbul Avroliqanın da finalına namizədliyini irəli sürmüşdü. Lakin Super Kubok matçının “Vodafon Park Arena”ya həvalə edilməsindən sonra həm ÇL-də, həm də Avroliqada cəmi 2 namizəd qalıb. Belədə Azərbaycan paytaxtının bu iki turnirdən ən azı birinin finalına ev sahibliyi edəcəyi dəqiqdi. Bununla bağlı qərar yaxın saatlarda açıqlanacaq.

COP29