“UEFA”nın mükafatına avtobus alınıb

Avropa Liqasında çıxışı qarşılığında “Neftçi”yə UEFA tərəfindən verilmiş mükafata avtobus alınıb.

9989

Onun sözlərinə görə, həmin avtobus aşağı yaş qrupları üzrə komandaların ixtiyarına veriləcək: “Bu yaxınlarda avrokuboklara görə pul gəlmişdi. Klub prezidenti Sadıq Sadıqovun göstərişi ilə bu pullarla yeni avtobus alındı. Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik. Bu bir daha onu göstərir ki, əsas komandanın çıxışından əldə olunan gəliri uşaq futboluna yönəldirik ki, gələcəkdə yaxşı komanda olsun”.

Qeyd edək ki, 2014/15 mövsümündə “Neftçi” Avroliqanın “pley-off” mərhələsində iştirakına görə 420 min avro mükafat alıb.

(gun.az)