!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Uembli" stadionu satılır - 600 milyon funt hara xərclənəcək?

!Reklam – Yazi

Futbolun vətəni İngiltərənin əsas stadionu hesab olunan “Uembli” satışa çıxarılıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, futbol üzrə İngiltərə yığmasının yeganə Dünya kubokunu qazandığı, Coşuanın Kliçkonu nokauta saldığı, Maykl Cekson və Roma Papasının çıxış etdiyi “Uembli” stadionu yeni mülkiyyətçinin əlinə keçəcək.

Məlumata görə, İngiltərə Futbol Assosiasiyası stadionun satışından əldə edəcəyi 600 milyon funt sterlinqi həvəskarlar arasında futbolun inkişafına yönəldəcək.

Qeyd edilir ki, “Uembli”nin yeni sahibi Pakistan əsilli ABŞ milyarderi, Londonda amerikan futbolunun inkişafını hədəfləyən Şahid Xan olacaq.

www.yenicag.az

1623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv