ABŞ-nin Nyu-York şəhərində “Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, əsas döyüşdə təşkilatın orta çəkidə (84 kq-a qədər) çempionu yeni zelandiyalı İsrael Adesanya braziliyalı Aleks Pereyra ilə mübarizə apararaq titulunu qoruyub.
Döyüş beşinci raundda Pereyranın erkən qələbəsi ilə başa çatıb. Braziliyalı Adesanyanı nokaut edib.
İsrael Adesanyanın hesabında peşəkar qarışıq döyüş sənətlərində 25 qarşıdurma var ki, onlardan 23-də qələbə qazanıb, 2 dəfə məğlub olub. Aleks Pereyra səkkiz döyüş keçirib, yeddi qələbə qazanıb və bir məğlubiyyət alıb.