Uhanda karantin rejimi ləğv edilir

Çin hakimiyyəti martın 25-də Hubey əyalətinə giriş və çıxışa məhdudiyyət qoyub.

Yenicag.az  “TASS”a istinadən xəbər verir ki, aprelin 8-də əyalətin inzibati mərkəzi sayılan Uhanda isə koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.

Bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması fonunda verilib.

Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.

Qeyd edək ki, Uhan və Hubey əyalətində karantin cari ilin yanvarın 23-dən qüvvədə idi. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.

 

 

COP29