Uitni Hyustonun qızı anasının səsinin sədaları altında dəfn edildi – FOTO

28266Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Atlantada anasının qəbrinin yanında dəfn edilib. Yenicag.az xəbər verir ki, dəfn mərasimi Uitni Hyustonun “Jesus Loves Me” mahnısının sədaları altında keçib.

31 yanvarda Atlantdakı evində huşsuz vəziyyətdə tapılan 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi.

Doğmaları Kristina Bobbi onu həyatda saxlayan aparatdan ayırdıqdan sonra onun hər an dünyadan köçməsinə hazır idilər.

Bobbi Kristinanın başına gələnlərdə əri Nik Qordonun günahı olduğu istisna edilmir. O, gənc həyat yoldaşını huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcilə yardıma xəbər verdiyi ehtimal edilir. İstintaq bir neçə versiya üzərində çalışır.

Xatırladaq ki, Bobbinin anası tanınmış musiqiçi Uitni Hyuston 3 il əvvəl fevralın 12-də Los Ancelesin “Beverli Hilton” otelində vanna otağında ölü tapılmışdı. Onun qızı 22 yaşlı Bobbi keçən il anasının övladlığa götürdüyü Nik Qordonla ailə qurub.