Ukrayna hərbçiləri Krıma 20 pilotsuz uçan aparatla hücum edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Bu gecə Kiyev rejiminin Krım yarımadası ərazisindəki obyektlərə iyirmi pilotsuz uçuş aparatı ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynanın 14 PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha altı PUA elektron müharibə vasitəsi ilə məhv edilib. Qarşısının alındığı terror aktı nəticəsində tələfat və dağıntı yoxdur”, – məlumatda deyilir.