Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verdi

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarının yekunları üzrə birgə bəyanatında qeyd olunub.

Məlumata görə, bəyanatın mətni Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin saytında dərc olunub./Report/