Ukrayna 4,5 min kv.km ərazini azad etdi

Həftənin əvvəlindən Dnepr çayının sağ sahilindəki bölmələrimiz 4,5 min kvadrat kilometrdən çox ərazini əhatə edən 179 yaşayış məntəqəsini işğaldan azad edib. Azad edilmiş yaşayış məntəqələrində, Nikolayev və Xerson vilayətlərində minalardan təmizləmə işləri aparılır.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Cənub əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nazarov deyib.

Nazarovun sözlərinə görə, Rusiya Ukrayna ordusunun mövqelərini, təmas xəttinə yaxın ərazi icmalarını atəşə tutmağı dayandırmır, havadan kəşfiyyat aparır.