Ukrayna 53 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Dünən gecə və aprelin 5-də səhər tezdən Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, – deyə məlumatda qeyd edilir.
Məlumatda Rusiya hava hücumundan müdafiə sistemlərinin PUA-lara müdaxilə etdiyi, Rostov vilayətində 44, Saratov vilayətində 1, Kursk bölgəsində 1, Belqorod vilayətində 1, Krasnodarda 6 PUA-nın məhv edildiyi qeyd edilib.
Yenicag.az