Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukrayna azərbaycanlıları Ali Radanı Dağlıq Qarabağdakı “seçkiləri” qınamağa çağırdı

Reklam: Sinerji Pro

Ukrayna Azərbaycanlıları Radası heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş qanunsuz “prezident” və “parlament” “seçkilərinin”, həmçinin qondarma qurumun “prezidenti”nin “inauqurasiya mərasimi”nin keçirilməsinin Ali Radada qınanması çağırışı ilə spiker Dmitri Razumkovun adına müraciət ünvanlayıb.

Bu barədə Radanın müraciətində deyilir.

“Bu addımlar Azərbaycan Respublikasına qarşı növbəti terror faktları, onun Konstitusiyasının və beynəlxalq hüquq normalarının pozulmasıdır, habelə bütün Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına zərər verən addımlardır. Bir çox dövlət və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ölkələri, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası bu “seçkilər”in keçirilməsi faktının özünü qınayıblar və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdıqlarını təsdiqləyiblər”, – müraciətdə deyilir.

Ukrayna Azərbaycanlıları Radası xatırladıb ki, hazırda Azərbaycan ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan çox azərbaycanlı Ermənistan Respublikası və onun işğalı altında olan Azərbaycan ərazilərindən zorla çıxarılıb.

“Biz əminik ki, “prezident” və “parlament” seçkilərinin keçirilməsi və heç kim tərəfindən tanınmamış ”DQR”in “prezidenti”nin inauqurasiyası kimi addımlar danışıqlar prosesinə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur.

Biz həmçinin ərazilərinin bir hissəsi qonşu ölkə tərəfindən zorla tutulmuş ölkənin qanunverici orqanından, Ukrayna Ali Radasından Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsini və oradan zorla qovulan Azərbaycan əhalisinin öz evlərinə, torpaqlarına qaytarılmasını tələb etməsini istəyirik”, – UAR-ın müraciətində deyilib.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda seçkilərin keçirilməsini qınamışdı.

www.yenicag.az

197
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100