Ukrayna Baş prokuroru: “Helikopter qəzası ilə bağlı mümkün versiyalar nəzərdən keçirilir”

“Ukraynanın hüquq-mühafizə orqanları Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə bağlı mümkün versiyaları nəzərdən keçirir”.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib.

“Hazırda faciə yerində müstəntiqlər və ekspertlər işləyirlər. Təcili istintaq hərəkətləri həyata keçirilir. İbtidai istintaq Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqlərinə həvalə olunub”, – o deyib.

Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar.