Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində danışıb.
“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkam saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhədə bəzi ərazilərdə 200 metr irəliləyişlər olub”, – Çerevatı bildirib.
O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar./Report/