Ukrayna “Bayraktar” PUA-larından istifadə edir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Qara dəniz əməliyyat zonasında “Bayraktar” PUA-larından istifadə edildiyini açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, PUA-lardan istifadə edilməklə dövlət sərhədini keçməyə cəhd eədn Rusiyanın hərbi texnikası məhv edilib.

“Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib. Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb. Vışqorod səmasında KA-52 helikopteri vurulub”, – deyə məlumatda qeyd edilib.