2024-cü ildə Belarus sərhədçiləri Ukrayna tərəfindən 7 dəfə hava məkanının pozulması faktını qeydə alıblar.
Yenicag.az xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov deyib.
O, Belarus-Ukrayna sərhədində baş verən digər təxribatlardan da danışıb. Onun sözlərinə görə, Ukrayna silahlıları və texnikası bölücü xətti belə keçir.