“Ukrayna birmənalı olaraq parçalanacaq. Şərq hissədəki 6 əyaləti Rusiya, 1 əyaləti Polşa, 1 əyaləti Rumıniya, 1 əyaləti Macarıstan, yerdə qalan 2 cənub əyalətdə isə yeni yəhudi dövləti qurmaq planlaşdırılır”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda aktivliyin müşahidə edilməsi və Xarkovun boşaldılmasının münaqişənin taleyinə təsirindən danışan politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanı öz ambissiyalarına qurban verdi, yəni ölkənin taleyi çoxdan həll olunub.
“Rusiya-Ukrayna müharibəsi həm Avropanın, həm ABŞ-nin, həm də Rusiyanın maraqlarına xidmət edən layihə idi. Çünki Ukrayna Avropanın ən böyük ölkəsi olmaqla yanaşı, dünya taxıl və qarğıdalı istehsalçıları siyahısında ilk üçlükdə idi. Bu isə ABŞ və Kanadanın maraqlarına ziddir. Belə olan təqdirdə, Ukraynanı zərərsizləşdirmək zərurəti yaranırdı. Bir neçə dəfə cəhd edilsə də, maraqları təmin olmayan qüvvələr sonda müharibəni seçdilər”, – deyə politoloq bildirib.
Siyasi şərhçi qeyd edib ki, Zelenski hazırda müharibənin bitməsini istəyir, lakin bacarmır:
“Görünür ki, maraqlar arasında ortaq məxrəc tapıla bilmir. Eyni zamanda, ABŞ-nin yardımlarını nəzərə almaq lazımdır. Əslində, həmin yardımlar tamamilə boşdur. Əgər Vaşinqton 67 milyard dollar vəsait ayırırsa, 830 milyard dollara yaxın gəlir əldə edir. Əlavə olaraq, Avropaya da böyük Ukrayna sərf etmir. Həmçinin Xerson və Odessaya müharibənin getməsinə baxmayaraq, yəhudilər köçürülür. Yeni yəhudi dövləti yaradılır ki, bu da böyük bir layihənin Zelenski tərəfindən icra olunduğundan xəbər verir.
Ukrayna birmənalı olaraq parçalanacaq. Şərq hissədəki 6 əyaləti Rusiya, 1 əyaləti Polşa, 1 əyaləti Rumıniya, 1 əyaləti Macarıstan, yerdə qalan 2 cənub əyalətdə isə yeni yəhudi dövləti qurmaq planlaşdırılır”.
Nəsimi Ələsgərli