Ukrayna Moskvaya çata biləcək “Trembita” adlı raket hazırlayır.
Yenicag.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri məlumat yayıb.
Məlumata görə, raket saatda 400 kilometrə qədər sürət yığa bilir və 200 kilometr uçuş məsafəsinə malikdir.
Lakin Rusiya paytaxtına çata bilən daha güclü model hazırlanır. Son sınaqlarından sonra “Trembita”nın kütləvi istehsalına başlanılması planlaşdırılır.
Nəşrin məlumatına görə, hazırda ölkədə 10-dan çox raket layihəsi var.