Ukrayna bu şəhəri İTİRDİ

Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook”da məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar:

“Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”./Report/