!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna bunu edə bilsə, minlərlə rus mühasirəyə düşəcək

!Reklam – Yazi

Ukraynanın Kurskdakı qüvvələrinin yeni strategiyası var – sürətlə hərəkətə keçmək və rus qoşunlarını mühasirəyə almaq.

Yenicag.az xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks deyib.

“95-ci Hava Hücum Briqadasının rəhbərlik etdiyi Ukrayna taktiki qrupu Novıy Putdan sağda və Vesyoloyenin cənubundan keçən yolu kəsir. Əgər Novıy Putun şimal-şərqinə doğru irəliləyən ukraynalılar əsas sektorda digər Ukrayna bölmələri ilə birləşsələr, onlar potensial olaraq minlərlə rusu mühasirəyə ala bilərlər”, – Eks bildirib.

Onun sözlərinə görə, yerli coğrafi şərait Ukrayna ordusunun rus qoşunlarını mühasirəyə almasına şərait yaradır:

“Ukrayna ordusu Seym üzərindən keçən bütün körpüləri dağıdıb, ona görə də çayın cənubundakı bütün rus qoşunlarının taleyi müvəqqəti pontonlardan və ya Korenevo şəhəri üzərindəki dar körpüdən asılıdır”.

COP29

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv