Ukrayna çətin vəziyyətdə: “NATO ölkələri Kiyevə dəstək verməsə…”

“Yaxın üç ay ərzində tərəflərdən birinin üstünlüyü ələ keçirəcəyi real görünmür”.

Bunu Ukraynanın əks-hücum əməliyyatını davam etdirmək imkanlarından danışan hərbi ekspert Ədalət Verdiyev Yenciag.az-a açıqlamasında deyib.
O bildirib ki, əks-hücum əməliyyatlarında Ukrayna ciddi nəticə əldə etmədi:

“Hazırda tərəflər arasında daha çox müdafiə xarakterli döyüşlər və raket-artilleriya zərbələri müşahidə olunur. Yaxın üç ay ərzində tərəflərdən birinin üstünlüyü ələ keçirəcəyi real görünmür. Hazırda Ukrayna sursat qıtlığından əziyyət çəkir. Qərbin söz verdiyi F-16-ların da çatdırılmasında hələ ki ləngimə müşahidə olunur. Yaxın gələcəkdə NATO ölkələri Kiyevə dəstək verməsə, Ukrayna nəinki mövqelərini, hətta bir sıra istiqamətlərdə əldə etdiyi nailiyyətləri belə itirə bilər”.

Nəsimi Ələsgərli

COP29