!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna diaspor sədri Türkiyə səfirliyində – Fotolar+Video

!Reklam – Yazi

ukr0Ukrayna Azərbaycanlıları Birləşmiş Disaporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov Ankarada baş verən terrorla bağlı Türkiyənin Ukraynadakı səfiriliyini ziyarət edib.

Ziyarət zamanı həm diaspor, həm də Türk Şurasının Ukraynada diaspor mərkəzi adından səfirə başsağlığı verilib. “Türkiyənin acısı bizim acımızdır” – deyən H.Cavadov terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanında olacaqlarını bildirib.

Başsağlığı və dəstəyə görə təşəkkür edən Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel deyib: “Sizə hər zaman güvənirik. Türkiyəni belə aksiyalarla yıxmaq olmaz. Günahkarlar tapılıb cəzalandırılmalıdırlar. Əsas məsələ onların arxasında duranların üzə çıxarılaraq hesab sorulmasıdır”.

Qeyd edək ki, səfirlə görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Disaporunun sədr müavini Murad Cəfərov da iştirak edib(Aznews).

 

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv