Ukrayna Daxili İşlər Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb.
Yenicag.az xəbər verir ki, nazirlik Xarkovun atəşə tutulmasının davam etdiyini bildirib.
“Çerniqovda vəziyyət gərgindir. Xarkov yaxınlığında rusların 488-ci motoatıcı alayı məhv edilib. Lakin şəhərin atəşə tutulması davam edir. Gecə saatlarında Ukraynanın cənubunda – İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskidə hava hücumu olub”.