Ukrayna Donbası geri qaytaracaq

69019Ukrayna cənub-şərqini, Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.

“Çətin ki, Donbass yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır”, deyə Lubkivski bildirib.

Qeyd edək ki, noyabrın 2-də qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.(anspress.com)