Ukrayna ərazisi kütləvi raket hücumuna məruz qaldı

Ukrayna ərazisi Rusiya ordusu tərəfindən genişmiqyaslı raket hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, paytaxt Kiyev də daxil olmaqla ölkənin bir çox bölgələrinə raket hücumu edilib.

Kiyev meri Vitali Kliçko paytaxtda partlayışların baş verdiyini təsdiqləyib. Zaparoyje, Nikolayev, Xmelnski şəhərləri ərazisində də partlayış səsləri eşidilib.

Artıq Kiyevdə, Odessada, Xarkovda, Nikolayevdə, Kirovoqradda, Dnepropetrovski, Sumı vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb./Unikal/

COP29