Ukrayna erməni silahları: “İrəvan üçün çox ağır nəticələrə gətirib çıxaracaq”

“Qərb ilə Ermənistanın bugünkü münasibətləri nəzərə alınmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynada erməni silahlarının istifadəsinə dair görüntülərin yayılması ilə bağlı yaranan Qərbin Ukraynaya Ermənistan üzərindən silah yardımı fikirlərinə aydınlıq gətirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlarının Ukraynada istifadəsinə dair bir çox mətbuat orqanlarında iddialar səslənsə də, onu təsdiq edən görüntülərə hələlik rast gəlinməyib.

“Lakin Qərb ilə Ermənistanın bugünkü münasibətləri nəzərə alınmalıdır. Belə ki, Ermənistanda olan köhnə SSRİ istehsalı silahların Ukraynaya göndərilməsini istisna etmək olmaz. Rəsmi olaraq, hələ də Ermənistanın müttəfiqi Rusiyadır. Əgər müharibədə Kremlə qarşı Ermənistanın Rusiyadan aldığı silahların istifadəsi faktı təsdiqlənərsə bu, İrəvan üçün çox ağır nəticələrə gətirib çıxaracaq”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29