Ukrayna Silahlı Qüvvələrinin komandanlığı əsir götürdüyü Rusiya hərbçilərini xüsusi hərbi əməliyyat zonasında minalanmış sahəyə göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, rus əsgərlərinin minaya atıldığını əks etdirən video Ukrayna sosial şəbəkələrində yayılıb. Eyni zamanda, videoda Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisinin silah gücü ilə Rusiya ordusunun geyimində olan silahsız şəxsləri minalanmış sahəyə necə göndərdiyi və “Budur, gedirlər, azaddılar”, – sözləri əks olunub.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.