Ukrayna hərbçiləri öz qırıcılarını vurdular: Sevincləri yarımçıq qaldı – VİDEO

Ukrayna hərbçiləri yanlışlıqla öz hərbi təyyarələrini vurublar.

Yenicag.az xəbər verir ki, hava hücumundan müdafiə vasitəsilə Ukraynaya məxsus Su-27 qırıcı təyyarəsini vuran hərbçilər sevinc çığlıqları atıblar.

Ancaq daha sonra vurulan təyyarənin Ukraynaya məxsus olduğu anlaşılıb.

Yanlışlığın radardakı problemdən qaynaqlandığı bildirilir.