Ukraynada müharibə davam edir.
Yenicag.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya Ordusu Odessa vilayətinə hücumunu davam etdirir. Odessa limanları təhdid qarşısındadır.
Həmçinin Zaporojye və Donetsk istiqamətində vəziyyətin gərgin olaraq qaldığı qeyd edilib:
“Ukrayna Ordusu ötən gecə Krım yarımadasındakı məntəqələrə, Donetsk vilayətinin Şaxtyorsk şəhərində yerləşən Rusiya hərbi birləşmələrinə zərbələr endirib”.