Ukrayna hərbçilərini Kursk bölgəsindən çıxara bilmir – SƏBƏB

Ukrayna prezidenti Volodimir Zelenski qoşunlarını Kursk vilayətindən çıxara bilməz, çünki Qərb Ukrayna qoşunlarının Rusiya Federasiyasının sərhəd bölgəsindən geri çəkilməsini uğursuzluq kimi qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu fikri analitik Mark Episkopos Amerikanın “The American Conservative” jurnalı üçün yazdığı məqalədə bildirib.

Ekspertin fikrincə, Kiyevin əsas vəzifəsi Qərbdəki rəyi manipulyasiya etməkdir. Bununla belə, qoşunların Kursk vilayətindən çıxarılması müttəfiqlərə qələbə kimi təqdim edilə bilməz – onlar bunu uğursuzluq kimi qəbul edəcəklər,

Müəllif qeyd edir ki, Rusiya ordusunun Donbassda böyük itki və uğurlarına baxmayaraq, Ukrayna Rusiya Federasiyasının sərhəd bölgəsinə ehtiyat göndərməkdə davam edir.

Analitik vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri (AFU) hələ də Kursk vilayətində ələ keçirilən əraziləri saxlaya bilməyəcək./unikal

COP29