Ukrayna hərbi-siyasi elitasında QARŞIDURMA: “Zalujnının istefaya göndərilməsi…”

“Rusiya-Ukrayna müharibəsini uzatmaq istəyən qüvvələr bundan ustalıqla istifadə edirlər”.

Bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasındakı fikir ayrılığı və Zalujnının istefaya göndərilmə ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin fikrincə, Zalujnının istefaya göndərilməsi müharibənin gedişinə təsir etməyəcək:

“Ukraynada hakimiyyətdə olan siyasi komanda əvvəl bir yerdə işləmiş şəxslərdən ibarətdir. Zelenski Ali Baş Komandan olaraq, müdafiə nazirini, yaxud ordu komandanını istefaya göndərmək səlahiyyətinə malikdir.

Mətbauata verilən açıqlamalara baxdıqda görünür ki, Zelenski ilə komandası arasında ciddi fikir ayrılıqları var. Rusiya-Ukrayna müharibəsini uzatmaq istəyən qüvvələr bundan ustalıqla istifadə edirlər. Arestoviçin də istefası bu qəbildən idi.

Zalujnının “hərbi sursat yoxdur, vəziyyət gərgindir” tipli açıqlamaları Qərbin Zelenski hökumətinə etimadını azaldır. Ona görə də, bu tip bəyanatlar hakimiyyət daxilində çəkişmələrə səbəb olur.

İnanmıram ki, Zalujnının getməsi və onun yerinə kiminsə gəlməsi Rusiya-Ukrayna müharibəsinin gedişinə ciddi təsir etsin. Ukrayna ABŞ və Avropa ölkələrindən maliyyə, həm də hərbi dəstək alır. Bu, davamlı olacaq.

Ukrayna zamanında atom silahından imtina edəndə, ABŞ və Avropa Ukraynanın təhlükəsizliinə qarant olublar. O dövlətlərin Ukraynaya yardım etməsi öhdəlikdir, xahişə görə deyil”.

Səxavət Məmməd

COP29