“Ukrayna ilə danışıqlar ağır irəliləyir” – Lavrov

“Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda vasitəçiliyinə qarşı deyil.

“Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində saxlamağa ümid edir”, – nazir vurğulayıb.(trend)