Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi BAŞ TUTDU

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. Zelenski 207 nəfərin Ukraynaya qaytarıldığını bildirib.

O, əsirlər arasında mülki şəxslər və hərbçilərin olduğunu açıqlayıb.

Ukrayna PO-nin rəhbəri Yermak bildirib ki, mübadilə zamanı 207 ukraynalı Ukraynaya qaytarılıb. Onların arasında Azovstalda olan hərbçilər də var.

Xuraman Etibarlı

COP29