Ukrayna ilə sərhəddə “Patriot” sistemləri: NATO hansı qərarı verəcək?

Almaniyanın müdafiə naziri Kristine Lambrext Polşa ərazisində “Patriot” raket sistemlərinin sayını artırmağı təklif edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Polşa Baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşak almaniyalı həmkarının bu təklifini alqışlayıb.

Polşalı nazir bildirib ki, yeni “Patriot” sistemlərinin Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna ilə sərhəddə yerləşdirilməsi daha münasibdir:

“Mən Almaniya müdafiə nazirinin Polşa ərazisində əlavə “Patriot” sistemlərinin yerləşdirilməsinə dair təklifini məmnunluqla qarşıladım.

Onunla telefon söhbətimdə əlavə “Patriot” sistemlərinin məhz Ukrayna sərhədi ilə yaxın ərazilərdə quraşdırılmasını təklif edəcəyəm”.

Bununla belə, Almaniya və Polşa nazirlərinin bu mövqeyinə baxmayaraq, NATO-nun digər üzvlərinin sözügedən təklifə münasibətləri hələ məlum deyil.