Ukrayna İran səfirini XİN-ə çağırdı – Akkreditasiyasını ləğv etdi

Bu gün İranın müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.