Ukrayna kəşfiyyatının eks-şefinin müəmmalı ölümü: Viktor Qvozd dənizdən ölü tapıldı

Ukraynanın iki kəşfiyyat idarəsinin keçmiş rəisi Viktor Qvozd Misirdə müəmmalı şəkildə həyatını itirib.

Yenicag.az xəbər verir ki, o, Qırmızı dənizdə Dahab şəhəri yaxınlığında ölüb. 62 yaşlı general-leytenantın cəsədinin dənizə girdikdən bir müddət sonra aşkarlandığı bildirilib.

Qeyd edək ki, Qvozd 2008-2010-cu illər arasında Ukrayna hərbi kəşfiyyatına, 2014-2016-cı illərdə isə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.