Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu deyib

“Petya” virusu vasitəsilə həyata keçirilən kiberhücumların arxasında Rusiya Federasiyasının xüsusi xidmət orqanları dayanır.

Yenicag.az xəbər verir ki, bu haqda Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirib.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, mövcud informasiyalar, o cümlədən beynəlxalq antivirus şirkətləri ilə əməkdaşlıq çərçivəsində əldə olunan bilgilər söyləməyə əsas verir ki, son hücumlarda 2016-cı ildə Ukraynanın enerji, nəqliyyat və maliyyə sistemlərinə qarşı hücum həyata keçirmiş haker qruplarının rolu var: “Bu isə hücumun arxasında RF xüsusi xidmət orqanlarının dayandığını göstərir”.

Xatırladaq ki, iyunun 27-dən etibarən Ukraynanın bank-maliyyə, nəqliyyat, energetika sektoruna aid olan dövlət qurumları və özəl şirkətləri intensiv kiberhücumlara məruz qalıb. Minlərlə kompüter “mbr locker 256” virusuna yoluxub. Bu virus monitorda özünü “Petya” kimi göstərir. Virus kompüterdəki faylları bloklayır, şifrələyir və açılması müqabilində 300 dollar tələb edir.

Yenicag.az

www.yenicag.az

471
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM