Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirdi

Ukrayna hava hücumundan müdafiə bölmələri Krım ilə sərhəddə yerləşən Xerson vilayətində xüsusi taktiki təlimlər keçiriblər.

Yeniçağ.az-ın məlumatına görə, bu barədə cümə günü Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, “Yuq” (“Cənub”) operativ-taktiki qruplaşmasının hava hücumundan müdafiə bölmələri döyüş təminatı bölmələri ilə birgə Xerson vilayətində xüsusi taktiki məşğələlər keçiriblər.

Bu təlimlərin özəlliyi HHQ bölmələrinin həm gündüz, həm də gecə qarşıya qoyulan vəzifələri yerinə yetirməsidir.

Yeniçağ.az