Ukraynanın pilotsuz uçuş aparatı (PUA) Moldova hava məkanını pozub.
Yenicag.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
“PUA Milli Ordunun hava məkanına nəzarət sistemləri tərəfindən aşkar edilib. Qanun pozuntusu saat 00:30-00:45 arasında qeydə alınıb”, – məlumatda qeyd olunub.
Qısa müddətdən sonra pilotsuz təyyarə əks istiqamətdə uçaraq Moldova ərazisini tərk edib.