Lev Tolstoyun “Hərb və sülh” romanı Ukraynada məktəb dərsliklərindən çıxarılacaq.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın təhsil və elm nazirinin müavini Andrey Vitrenko danışıb.
Onun sözlərinə görə, mütəxəssislər iyunun ortalarına qədər bir neçə fənn üzrə məktəb proqramlarının dəyişdirilməsinə dair təklifləri nazirliyə təqdim etməlidirlər:
“Yüksək ixtisaslı mütəxəssislərdən ibarət qruplar hazırda bu istiqamətdə işləri davam etdirirlər. Onlar iyunun 15-nə qədər təklifləri ümumiləşdirib nazirliyə çatdıracaqlar və biz onları normativ sənədlərə daxil edəcəyik”.
Qeyd olunur ki, bu dəyişikliklər çərçivəsində Lev Tolstoyun məşhur “Hrəb və sülh” romanı da Ukraynada dərsliklərdən çıxarılacaq.