Ukrayna-NATO hərbi təlimləri: Hansı taktika sınaqdan çıxarılacaq?

NATO və Ukrayna arasında keçiriləcək birgə hərbi təlimlərinin detalları məlum olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Sea Breeze-2022” adlanan təlimlərdə Ukraynanın sərhəd qoşunlarının bölmələri iştirak edəcəklər.

Ukrayna sərhədçiləri təlimlərin quru qoşunları, dəniz və aviasiya komponentlərinə qatılacaqlar.

Təlimlərdə Ukrayna və NATO qüvvələrinin qarşılıqlı hərəkətlərinin nizamlanması variantları sınaqdan keçiriləcək.