NATO-nun baş katibi Mark Rutte bildirib ki, o, Ukraynanın Alyansa 33-cü və ya 34-cü üzvü kimi qoşulacağını istisna etmir, lakin o, jurnalistlərin Ukraynanın Alyansa dəvət edilməsinin mümkün olub-olmaması ilə bağlı suallarına dəqiq cavab verməyib.
Yenicag.az xəbər verir ki, o, bunu Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rutte qeyd edib ki, hazırda NATO-nun 32 üzvü var.
“İndi deyəsən, 33 nömrəli Ukrayna olacaq, amma ola bilsin ki, onun qarşısında başqa biri çıxsın. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq”, – Rutte əminlikləm ifadə edib./unikal