Ukrayna NATO-ya yenə müraciət etdi

Ukrayna ABŞ prezidenti Co Bayden gələn il yanvarın ikinci yarısında səlahiyyət müddəti bitməzdən əvvəl NATO-ya dəvət istəyir.

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bunu alyansdakı Ukrayna missiyasının rəhbəri Natalya Qalibarenko deyib.

“Bizim fikrimiz budur ki, hazırda Ukraynaya dəvət göndərmək siyasi siqnaldır… Biz səmimi şəkildə inanırıq ki, bu, Amerikanın hazırkı administrasiyasının mirasının bir hissəsi ola bilər”, – səfir müsahibəsində deyib.

Agentliyin məlumatına görə, ABŞ-də gələn ay keçiriləcək prezident seçkiləri Ukrayna üçün ciddi qeyri-müəyyənlik yaradır, çünki Vaşinqton Kiyevə ən böyük hərbi yardım tədarükçüsü olaraq qalır.

COP29