Bryansk vilayətinin Polevıye Novoselki kəndi Ukrayna hərbçiləri tərəfindən atəşə tutulub.
Yenicag.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib.
O bildirib ki, zərbələr nəticəsində bir nəfər yaralanıb. Həmçinin, bir neçə evə ziyan dəyib, elektrik enerjisi verilişində də fasilələr yaranıb.