Ukrayna ordusu daha bir məntəqəni azad etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin daha bir kəndini azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə 60-cı Əlahiddə Piyada Briqadası “Facebook”da məlumat yayıb.

Bildirilib ki, İvanovka kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.