Ukrayna ordusu Kursk vilayətinin fərqli nöqtəsindən Rusiya ərazisinə daxil olub.
Yenicag.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Hücum Briqadasının bölmələri Kursk vilayətinin fərqli nöqtəsindən Rusiya ərazisinə daxil olduğu açıqlanıb.
Bu barədə Ukrayna Hava Hücum Qüvvələrinin sosial media hesabında açıqlama yayılıb. “Rusiyanın Kursk bölgəsində əməliyyatın başlamasından bu yana Rusiya sərhədini keçmək üçün ikinci uğurlu əməliyyatdır”, – deyə məlumatda bildirilib.
Açıqlamada Hava Hücum Qüvvələrinin sosial media hesabında paylaşılan görüntüyə də istinad edilib. “Kadrlarda istehkam maneələrinin aşılması, hava-desant qoşunlarının düşmən ərazisinə daxil olması və tankçıların bir qsiminin düşmən istehkamlarını məhv etdiyi sərhəd bölgəsində ilk atışmalar əks olunub”, – deyə məlumatda qeyd edilib.
Nəsimi Ələsgərli