Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi – Zelenski açıqladı

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikiləşdirilmiş briqada Çkalovska Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, buna qədər Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini də azad etmişdi.