“Ukrayna ordusu gələn ilin ortalarında Krıma daxil olacaq” – Amerikalı general

“Rusiya bu ilin sonuna qədər fevralın 23-nə kimi yerləşdiyi mövqelərə geri oturdulacaq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna ordusunun işğal altındakı Krıma nə zaman daxil olacağına dair fikirlərini bölüşən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sabiq komandanı general Ben Hocs deyib.

Onun sözlərinə görə, Rusiya artıq Ukraynanın hər hansı şəhərini işğal etmək imkanında deyil:

“Ümid edirəm ki, bundan sonra Rusiya ordusunun təzyiqinin şahidi olmayacağıq. Siz əvvəl olduğu kimi Rusiyanın hər gün yeni şəhər zəbt etdiyini görməyəcəksiniz. Bu artıq mümkün deyil.

Bütün hallarda ümidvaram ki, Rusiya bu ilin sonuna qədər fevralın 23-nə kimi yerləşdiyi mövqelərə geri oturdulacaq və Ukrayna ordusu gələn ilin ortalarında Krıma daxil olacaq”.