Ukrayna ordusu itki verdi

66820Son iki gün ərzində Ukrayna ordusunun separatçılarla döyüşlərdə 4 əsgəri həlak olub.

Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama verib.
Daha 23 hərbiçi döyüşlər zamanı yaralanıb. Döyüşlər əsasən Donetsk hava limanı ətrafında və Luqansk ərazisində Debaçeve kəndi ətrafında gedir.

Tərəflər arasında atəşkəs haqda razılaşma əldə olunsa da döyüşlər səngimək bilmir. Ukraynanın şərqində hər gün atəş səsləri eşidilir.

Qeyd edək ki, NATO bəyan edib ki, Rusiya qoşunları Ukraynanın şərq regionlarına daxil olub(anspress.com)