Ukrayna ordusu Rusiyanın 96 tankının məhv edildiyini bildirdi

Ukraynanın Sumı vilayətində yerləşən Lebedin şəhəri yaxınlığında Ukrayna ordusu Rusiyanın 96 tankını, 20 “Qrad” qurğusunu və 8 benzindaşıyan maşınını məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şimal operativ komandanlığı bildirib.

Qeyd olunur ki, zərbələr “Bayraktar” pilotsuz uçuş aparatları vasitəsilə endirilib.